Qənimət Zahid Əli Kərimli ilə əlbir olub - `Azadlıq` qalmaqalı böyüyür


17:18     02 Fevral 2017 img2301139.jpg

`Xalq Cəbhəsi Partiyasın da rəhbər səviyyəsində bilirdilər ki, Qənimət Zahid nazir, komitə sədri və digər strukturların rəhbərlərindən pul alır. Hər kəs də bilirdi ki, Qənimət Zahid bunu Əli Kərimlinin razılığı əsasın da edir. Yəni Əli Kərimli ilə Qənimət Zahid şərik olublar. Əli Kərimli elə bir adamdır ki, “Azadlıq” qəzetində onun oxumadığı yazı qəzetdə çap edilə bilməzdi. Onun icazəsi olmadan bir nəfərin əleyhinə və ya xeyrinə hər hansı bir yazı gedə bilməzdi. Mümkün də deyildi`.


Bu sözləri Femida.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Niyaməddin Orduxanlı bildirib ki, bütün bu faktları Əbülfəz Elçibəy də bilirdi:

`Əli Kərimli əvvəlcə Qənimət Zahid vasitəsi ilə tənqidi yazılar yaydı və bundan sonra pul tələbi olurdu. Bu gün mətbuatda adı çəkilən keçmiş nazirlərin və indi səfir işləyən şəxsin Qənimət Zahidə pul ödəməsi qeyd etdiyim kimi, partiyada rəhbərlik tərəfindən də bilinirdi. Əgər Qənimət Zahid az da olsa vicdanı qalıbsa, bu faktı təkzib edə bilməz. Bir hadisəni də yadınıza salım. Mətbuat vasitəsi ilə Rusiyanın ədliyyə generalı Qənimət Zahidə Moskvada pul verdiyini və uzun müddət “Azadlıq” qəzetini maliləşdirdiyini açıqladı`.

Niyaməddin Orduxanlının sözlərinə görə, nə Qənimət Zahid, nə də Əli Kərimli bu faktı təkzib etmədilər:

`Çünki bu, həqiqət idi. 1998-ci il də Qənimət Zahidin gözlənilmədən İran İslam Respublikasına səfər etməsini də xatırlayırsınız. Sonradan özü Bakıya qayıdaraq mətbuat konfransı keçirdi ki, İran xüsusi xidmət orqanlarının nümayəndləri bunun pul müqabilində ələ alıblar və bu da ona razılıq verib. Yəni hər kəsə bəllidir ki, Qənimət Zahid üçün əsas puldur. Və o, pulu həmişə Əli Kərimlinin razılığı ilə alıb. Belə olmasa idi, Əli Kərimlini bir gün də olsun, “Azadlıq” qəzetinin baş redaktoru vəzifəsin də saxlamazdı...`

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4021